BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçiriləcək bələdiyyə seçkilərinə hazrılıq davam edir. Bu arada bəlli olub ki, Ulusal Birlik Partiyası (UBP) daha bir bələdiyyədə namizədini müəyyənləşdirib.
Məlumata əsasən, UBP Dipkarpaz-Yeni Erenköy bələdiyyəsi sədrliyinə keçmiş millət vəkili Hamit Bakırçının namizədliyini irəli sürəcək.
Bildirilir ki, uzun müddətdir CTP-nin idarəçiliyində olan Dipkarpaz bğlgəsində qalib gəlmək üçün UBP bütün gücünü səfərbər edib.