Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatından səfirliyə hücumla bağlı sərt açıqlama

Türk Devletleri Teşkilatı

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir Kubanıçbek Ömüralıyev yanvarın 27-də İrandakı Azərbaycan səfirliyinə edilən hücumla bağlı bəyanatla çıxış edib.

TDT-nin yaydığı bəyanat mətnində deyilir:

Türk Dövlətləri Təşkilatının Baş katibi İran İslam Cümhuriyyətində yerləşən Azərbaycan Respublikası səfirliyinə 27 yanvar 2023 tarixində düzənlənən, səfirliyin güvənlik müdirinin həyatını itirməsinə və iki güvənlik görəvlisinin yaralanmasına yol açan mənfur silahlı hücumu şiddətlə qınamaqdadır.

İran rəsmilərini bu mənfur silahlı hücumla ilgili əhatəli bir soruşdurma yürütməyə və hadisəni törədənləri ədalətə təslim etməyə çağırırıq.

Bugünkü hücumda həyatını itirən güvənlik görəvlisinin ailəsinə başsağlığı, yaralılara da tezliklə sağalmağı diləyirik.

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub – VİDEO

Mission News Theme by Compete Themes.