Press "Enter" to skip to content

Məhəmməd Əmin Rəsulzadə haqqında film nümayiş olunacaq

BAYRAQDAR MEDİA – Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Bununla əlaqədar olaraq həmin tarixdə “Park Cinema” kinoteatrlar şəbəkəsində görkəmli şəxsiyyət haqqında çəkilən film nümayiş olunacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya “Park Cinema” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ekran əsəri M.Ə. Rəsulzadənin izi ilə Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb: “Film ərzində yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər nümayiş olunur. Layihənin müəllifi Aztv-də yayımlanan “Yüz ilin sirləri” verilişin müəllif-aparıcısı Hüseyn Cavadzadədir”.

Xatırladaq ki, Məmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olunub.

Mission News Theme by Compete Themes.