Press "Enter" to skip to content

Tehranda şəhid edilən Orxanın ailəsinə Prezidentdən başsağlığı

Ceyhun Bayramov və Hikmət Hacıyev mərasim çadırında

Fars-molla rejimi isə şəhidin nəşini Azərbaycana buraxmır

BAYRAQDAR MEDİA – Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində şəhid edilmiş Orxan Əsgərovun nəşi hələ Azərbaycana gətirilməsə də bununla bağlı artıq mərasimlər keçirilir. Bakıda keçirilən bu mərasimlərdən birində Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

Gələn xəbərlərdə deyilir ki, H.Hacıyev şəhidin yaxınlarına Prezident İlham Əliyevin başsağlığını çatdırıb və bildirib ki, Azərbaycan dövləti sonadək bu məsələni diqqətdə saxlayacaq.

O da bəlli olub ki, şəhidin nəşini gətirmək üçün Azərbaycan tərəfi Tehrana təyyarə göndərib. Lakin təyyarə hələ də hava limanında gözləməkdədir. Buna səbəbsə İran tərəfinin uçuşun gerçəkləşməsini süni bəhanələrlə əngəlləməsidir.

Bəlli olur ki, fars-molla rejimi hətta belə məsələlərdə də bütün mənəvi normaları ayaqlar altına atır, Azərbaycan türklərinin ölüsündən belə qisas almağa çalışır.

Xatırladaq ki, yanvarın 27-si səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə Yasin Hüseynzadə adlı İran vətəndaşı avtomat silahla hücum edərək bir nəfər mühafizəçini öldürmüş, digər ikisini də yaralamışdı.

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub – VİDEO

Maraqlıdır ki, İran tərəfi saxlanılmış terrorçuya həvəslə TV kanallarının qapısını açmış, onun uydurma “səbəblərini” mümkün qədər geniş yayaraq Azərbaycan dövlətini gözdən salmağa cəhd etmişdir.

İndi də göründüyü kimi, şəhid edilmiş mühafizəçinin nəşini gətirəcək təyyarənin Bakıya uçması heç bir əsaslı səbəb olmadan əngəllənir…

Mission News Theme by Compete Themes.