Press "Enter" to skip to content

“Park Cinema”da “Prestij Meselesi”

Son yeniləmə: 2 Fevral 2023 15:36

BAYRAQDAR MEDİA – Fevralın 2-dən etibarən eksklüziv olaraq yalnız “Park Cinema” kinoteatrlarında “Prestij Meselesi” filminin nümayişinə başlanır.

Bu barədə BAYRAQDAR MEDİA-ya “Park Cinema” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1992-1993-cü illəri əhatə edən film əfsanəvi musiqi prodüseri Hilmi Topaloğlunun “Prestijmüzik” şirkətini qurduğu dövrdən bəhs edir. Bu şirkətlə sənət fəaliyyətinə başlayan Mahsun Kırmızıgül, Haluk Levent və Özcan Denizin gənclikilləri ekran işində əks olunub. Həmçinin filmdə Mahsun Kırmızıgülün oğlu – Mahmut Kırmızıgül də yer alıb. Engin Hepileri, Eser Yenenler və Hakan Petekkaya da filmdə rol alanlardandırlar.

Qeyd edək ki, film Türkiyə izləyicilərinə 3 fevraldan təqdim olunmasına baxmayaraq, Azərbaycan tamaşaçıları artıq 2 fevraldan filmi izləyə bilərlər.

Filmə bilet əldə etmək istəyənlər “Park Cinema”nın Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarına yaxınlaşa və ya www.parkcinema.az saytına keçid edə bilərlər.

Mission News Theme by Compete Themes.