Press "Enter" to skip to content

609 milyon tondan çox neft hasil edilib

Neft quyuları

BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar ayında Azərbaycanda 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 13-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, respublika üzrə neft hasilatının 1,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib”.

Qeyd edilib ki, hesabat dövründə 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub: “Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşür. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 fevral 2023-cü il tarixinədək 609,1 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 568,5 milyon ton neft, “Şahdəniz”dən isə 40,6 milyon ton kondensat çıxarılıb. Bundan 1 fevral 2023-cü il tarixinədək 607 milyon tondan çox ixraca nəql edilib. 2023-cü ilin yanvar ayında ölkədə neftin emalı 559 milyon ton təşkil edib”.

Mission News Theme by Compete Themes.