Press "Enter" to skip to content

“Nəsimi” baleti nümayiş olunacaq

Oprea və Balet Teatrı

BAYRAQDAR MEDİAOpera və Balet Teatrında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edən Fikrət Əmirovun bir pərdəli “Nəsimi” baleti nümayiş olunacaq.

Teatrın payladığı xəbərdə deyilir ki, əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər İslam Məmmədov, Dinara Şirinova, Edvard Arazov ifa edəcək.

Fevralın 22-də saat 19:00-da nümayiş olunacaq tamaşanın dirijoru Xalq artisti, Prof. Yalçın Adıgözəlov, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynovadır.

Qeyd edək ki, tamaşanı izləmək istəyən şəxslər biletləri şəhərin bütün kassalarından və iticket.az saytından əldə edə bilərlər.

Mission News Theme by Compete Themes.