BAYRAQDAR MEDİA – Batı Trakyanın İskeçe bölgəsinin Mustafçova bələdiyyə başqanı Rıdvan Delihüseyin həyat yoldaşının və özünün ümrə pulunu zəlzələ qurbanlarına bağışlayıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra Batı Trakyada yaşayan türklər sağ qalanlara kömək üçün bir araya gəlib.
Eyni zamanda, Batı Trakiyanın döyünən ürəyi İskeçenin Mustafçova Bələdiyyəsinin başqanı Rıdvan Dəlihüseyin də zəlzələ qurbanlarına töhfə verib. İskeçenin seçilmiş müftisi Mustafa Trampanı ziyarət edən bələdiyyə sədri Rıdvan Delihüseyin həyat yoldaşının və özünü ümrə pullarını Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım üçün bağışlayıb.