Press "Enter" to skip to content

Dünya Uyğur Qurultayı başqanından İran mediasına sərt sözlər

Dolkun İsa

Son yeniləmə: 20 Fevral 2023 23:34

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, İranın dini rəhbəri Əli Xameneyiyə bağlı olan “Keyhan” qəzeti Çinin zülmü altında soyqırıma uğradılan uyğurları terrorçu kimi qələmə verib.

İranın fars-molla rejimi uyğurları terrorçu adlandırır

BAYRAQDAR MEDİA məsələ ilə bağlı Dünya Uyğur Qurultayının başqanı Dolkun İsanın münasibətini öyrənib.

D.İsa verdiyi yazılı cavabda İran rejiminə bağlı medianın bu yanaşmasını sərt dildə tənqid edib.

“Bir müsəlman mediasının başqa müsəlmanları sadəcə etnik və dini kimliyini əsas tutaraq terrorçu olmaqda ittiham etməsini eşitmək çox narahat edici bir durumdur. Bu, rasist və ayrıseçkiliyə dayanan Çinin rəsmi təbliğat uydurmasının təkrar edilməsidir. Çin hökumətinin gerçəkləşdirdiyi soyqırım xarakterli hüquq pozuntuları BMT və onun qurumları tərəfindən geniş şəkildə sənədləşdirilib. Bu qurumlar isə yalnız ABŞ, Böyük Britaniya və İsrail deyil, həm də başqa qlobal aktorlar tərəfindən idarə edilir”, – deyə D.İsa bildirib.

Qeyd edək ki, “müsəlman” İranın lideri Əli Xameneyiyə bağlı “müsəlman” mediası olan “Keyhan” qəzeti, “onlar terror qrupudurlar və İngiltərə, Amerika, İsraillə əlaqəlidirlər” yazaraq Çinin uyğur türklərinə atdığı böhtana ortaq olduğunu nümayiş etdirib.

Mission News Theme by Compete Themes.