BAYRAQDAR MEDİA – Azərbaycanda Milli Muğam Müsabiqəsi başlayır. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqə 2023-cü il aprelin 24-dən 27-dək olacaq.
Bu haqda Mədəniyyət Nazirliyinin paylaşdığı məlumatda deyilir.
Xəbərdə bildirilib ki, “yarışmada yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak edə bilər. Qaliblər aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə seçiləcək. Müsabiqəyə son qeydiyyat tarixi isə aprelin 10-dur”.
Qeyd edək ki, xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 min, 5 min və 3 min manat mükafat qazanacaq.







