Press "Enter" to skip to content

Tehran hakimiyyəti ölkədəki erməni ekstremistləri bəsləyir

İran çökür

BAYRAQDAR MEDİA – Zaman-zaman İrandakı fars-molla rejimi Azərbaycan torpaqlarını işğal altında tutan Ermənistana və dünya ermənilərinə rəğbətini qabarıq şəkildə göstərib. O cümlədən İran ərazisində yaşayan azsaylı ermənilərə də rəğbət həmişə yüksək səviyyədə olub. Özü da Tehran hakimiyyətindəki fars mollaları erməniləri məhz türklərə, özəlliklə də Güney Azərbaycanlılara qarşı qoyaraq daha üstün tutub, Azərbaycan Respublikasına kin qusmaq üçün onlardan istifadə edib.

Bu məsələ ilə bağlı BAYRAQDAR MEDİA-ya Araz News-un yeni dəyərləndirməsi daxil olub. Dəyərləndirmədə deyilir:

“Ard-arda seçkilərdə erməni xalqının şilləsinə tuş gələn və indi nə İrəvanda, nə də Moskvada o qədər də gücü olmayan erməni ekstremist millətçiləri, o cümlədən “Daşnaksutyun” partiyası Tehrandan göstərilən xoş üz və səmimiyyətdən cəsarət alıb İranşəhri faşist düşüncəsi cərəyanının çətiri altında hərəkatı Tehranı anti-Azərbaycan fəaliyyətlərinin mərkəzinə çeviriblər;

“Erməni Milli Komitəsinin yaradılmasının 40 illiyi Tehranın Erməni Klubunda Ermənistandan gələn qonaqların və rəsmilərin iştirakı ilə qeyd olundu;

“Tehranda “Ermənistan və Artsax regional geosiyasi hadisələrin mərkəzində” iclası keçirildi;

“Martın 3-də Erməni Problemlərinin Araşdırılması Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Ermənistan, Artsax və dəyişən region” adlı 14-cü konfransı öz işini başa vurdu;

“Martın 5-də Tehranda çoxlu sayda İran [İranşəhri] qurumları və fəallarının iştirakı ilə “Qafqaz geosiyasi tənlikləri, regional və qeyri-regional aktorlar” seminarı keçirildi;

“Bu həcmdə fəaliyyət sabit aktyorlarla olan İranda Daşnaksutyunun qolları olan Hoor İnstitutu, “Alik” qəzeti və Erməni Xilafəti ilə cəmi bir həftə ərzində həyata keçirilib;

“Bütün bunlar Azərbaycan və İranın digər bölgələrində türklərin oyanış dalğasından fars millətçiliyinin qorxu və narahatlığından qaynaqlanır. Bəs doğrudan da nə qədər aciz və məğlub erməni faşistləri fars millətçiliyinin dərdinə şəfa verə bilər?! İranşəhri hərəkatı Azərbaycan və İranın digər bölgələrində türklərin oyanış dalğasına təzyiq göstərmək üçün erməni millətçiliyindən kömək istəyir;

“Görəsən cılız erməni millətçiliyinin belə qabiliyyəti var?!”

Mission News Theme by Compete Themes.