Press "Enter" to skip to content

“Bahar sərgisi” keçiriləcək

BAYRAQDAR MEDİA – Martın 12-də Novruz bayramı ilə əlaqədar “Passage 1901” adlı məkanda “Bahar sərgisi” keçiriləcək.

Bu haqda sözügedən məkanın paylaşımında qeyd olunur.

Xəbərdə bildirilib ki, müxtəlif əl işlərinin təqdimatından ibarət olacaq sərgidə Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızının iştirakı ilə tamaşa nümayiş olunacaq.

Eləcə də Qaravəlli Meydan tamaşası, Kosa Keçəl – Zorxana, Qodu-qodu oyunu, Haxıştalar və s. oyunlar təqdim olunacaq.

Mission News Theme by Compete Themes.