BAYRAQDAR MEDİA – Marin 15-də BMT Baş katibinin müavini Rozmari DiCarlonun Cümhurbaşqanı Ersin Tatarla görüşü olacaq.
Bunu BRT-də yayımlana “17. Saat” verilişindəki çıxışı zamanı KKTC Cümhurbaşqanının özəl təmsilçisi Ergün Olgun deyib.
Kibris Türk xəbər verir ki, E.Olgun, “BMT baş katibinin müavini Rosemary DiCarlo BMT-də baş katibdən sonra ikinci şəxsdir. Baş katibin siyasi məsələlər üzrə köməkçisidir. Kıbrıs münaqişəsi də onun masasının üstündəki problemlərdən biridir” deyib.
E.Olgun bildirib ki, Kıbrıs türk tərəfinin iki xalqın gündəlik həyatına aid məsələlərlə bağlı konkret təklifləri var: “Birgə işimizin əvvəlində biz Kıbrısda zəlzələyə hazır olmaq və meşə yanğınları riski ilə mübarizə aparmaq üçün güclü şəkildə hazırlaşmalıyıq. Ona görə də qarşıdakı dövrdə bunlarla bağlı mexanizmlərin hazırlanması istiqamətində ciddi işlərə qoşulmaq istəyirik. DiCarlo ilə görüşdə bu məsələni qaldıracağıq”.