BAYRAQDAR MEDİA – Martın 29-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində qurumun Dekorativ-tətbiqi sənət fakültəsinin, Bədii toxuculuq və xalça sənəti kafedrasının dosenti Minaxanım Hüseynovanın iştirakı ilə tələbələrə təlim keçirilib.
Bu haqda ADRA-nın paylaşıdığı xəbərdə bildirilir.
Xəbərdə qeyd olunur ki, “təlimdə xalça sənətinin tarixi, incəlikləri, beynəlxalq tədbirlərdə tanıtımı, xalçalarda şifrələnmiş məlumatlar, həmçinin, təlimçinin özünün şəxsi nailiyyətləri (art salonun açılışı, dərs vəsaitinin hazırlanması, beynəlxalq tədbirlərdə iştirakı, görkəmli şəxsiyyətlərlə görüşləri və s.) haqqında məlumat verib”.
Qeyd edək ki, tədbirdə həm də mövzuya uyğun maraqlı videoçarxlar nümayiş olunub.