Press "Enter" to skip to content

Köhnə avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırılır

Nazirlər Kabineti

BAYRAQDAR MEDİA – Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya NK-dan martın 29-da daxil olub.

Qərar “insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə” əsaslandırılır.

Qərarda qeyd edilir ki, “Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın”.

O da bildirilir ki, Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Mission News Theme by Compete Themes.