Press "Enter" to skip to content

Qazaxıstanla Özbəkistan arasında sərhəd anlaşması

Şavkat Mirziyoyev (sağda) və Qasım-Jomart Toqayev

BAYRAQDAR MEDİAQazaxıstan Özbəkistan arasında sərhədlərin dəqiqləşdirilməsi haqqında sənəd hər iki ölkə tərəfindən imzalanıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, Qazaxıstan Prezidentinin Mətbuat idarəsi martın 29-da həmi sənədlə bağlı açıqlama verib.

Açıqlamada Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin iki ölkə arasında sərhədləri müəyyən edəcək “Qazaxıstan-Özbəkistan dövlət sərhədinin çəkilməsinə dair müqavilənin təsdiq edilməsi haqqında” qanunu imzaladığı bildirilib.

Qazaxıstan parlamenti demarkasiya işlərinin bir hissəsi olaraq Qazaxıstan-Özbəkistan sərhədinin 2,356,000 km (1,450 mil) uzunluğunda olacağını elan etmişdi.

Məlumatda o da bildirlir ki, Özbəkistanla Qırğızıstan arasında da ötən il analoji proses baş verib və bir ildən artıqdır davam edən danışıqlar yekunlaşıb. İki ölkə arasında 2022-ci ilin noyabrında imzalanmış müqaviləyə əsasən, sərhədlər yenidən müəyyən edilib.

Mission News Theme by Compete Themes.