BAYRAQDAR MEDİA – Özbəkistanın Səmərqənd Dövlət Universitetinin laboratoriyasına türkiyəli Nobel mükafatı laureatı kimya mühəndisi Aziz Sancarın adı verilib.
Kırım Haber Ajansının məlumatına görə, Sancar adına laboratoriyanın açılışı olub. Mərasimdə Özbəkistanın ali təhsil, təhsil və innovasiyalar naziri İbrahim Abdurahmanov, Nobel mükafatı laureatı prof. Dr. Aziz Sancar, vilayət qubernatorunun müavini Xurşid Oçilov, Səmərqənd Dövlət Universitetinin rektoru Prof. Dr. Rüstəm Holmurodov, alimlər və tələbələr iştirak ediblər.
A.Sancar, universitet tələbələri ilə söhbətində təhsilin həyatda rolu, Özbəkistanın təhsil sistemində aparılan islahatlar barədə fikirlərini bildirib.