Press "Enter" to skip to content

Bu dəfə Şah İsmayıl Xətaidən bəhs edilib

BAYRAQDAR MEDİAEskişehir Azərbaycanlılar Dərnəyində hər il ənənəvi olaraq təşkil edilən “Çərşənbə söhbətləri” yeni mövsümdə yaz dönəmini Şah İsmayıl Xətaiyə həsr edilmiş müzakirə ilə başa vurub.

Dərnəkdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tarixçi Məmmədxan Məmmədxanov iştirakçılar qarşısında Şah İsmayıl Xətai haqqında məruzə ilə çıxış edib.

Onu da qeyd edək ki, Eskişehir Azərbaycanlılar Dərnəyi Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönüm ilə bağlı tədbirə də hazırlaşır. Məlumata əsasən, mayın 28-də təşkil ediləcək bayram mərasimində iştirakçılara maraqlı bədii proqram da təqdim ediləcək.

Mission News Theme by Compete Themes.