BAYRAQDAR MEDİA – Iyunun 5-də Bakıda Milli Elmlər Akademiyasının parkında II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib.
Tədbirin açılış mərasimində Azərbaycan Dillər Universitetinin tələbələri müxtəlif dillərdə tədbir iştirakçılarını salamlayıblar.
Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin ruhuna 1 dəqiqəlik sayğı duruşu elan olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, sayğı duruşundan sonra tədbirin aparıcısı Maya İmran ilk sözü tədbiri açmaq üçün səhnəyə vətənpərvər mahnılarının bəstəçisi, AVMVİB-nin fəxri üzvü, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Fərahim Sadiqi dəvət edib.
F.Sadiqin bəstələdiyi “Əsgərnamə” elegiyası onun özü və AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri tərfindən səsləndirilib.
Səsləndirilən elegiyanı tədbir iştirakçıları böyük maraqla qarşılayıblar.









