Press "Enter" to skip to content

Gələcək əməkdaşlıq üçün istiqamətlər

Görüşdən foto

BAYRAQDAR MEDİA – Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Begenç Qoçmollayevin başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə rəsmi səfər edib.

Bu məlumatı Atavatan-Türkmenistan yayıb.

Bildirilib ki, o, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb: “Tərəflər qarşılıqlı əməkdaşlığın gələcək istiqamətlərini təyin ediblər. Bu barədə CentralAsia.news-a Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İclasda ticarət-iqtisadi, investisiya, nəqliyyat, logistika, enerji sahələrində əlaqələrin qurulması məsələləri müzakirəyə çıxarılıb”.

Məlumata görə, elm, təhsil, idman və turizm sənayesində praktiki tərəfdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib: “Tərəflər həmçinin əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər”.

Mission News Theme by Compete Themes.