BAYRAQDAR MEDİA – Türkmənistanın xarici işlər naziri Rəşid Meredov UNESCO-nun Tehrandakı Klaster Bürosunun direktoru Qolda El Xouri, UNESCO-nun Türkmənistan və İrandakı nümayəndəsi ilə görüşüb.
Atavatan-Türkmenistan xəbər verir ki, danışıqlar zamanı tərəflər Türkmənistan və UNESCO arasında əlaqələrin mühüm məsələləri, eləcə də gələcək əməkdaşlıq gündəliyinin konkret sahələri üzrə səmərəli fikir mübadiləsi aparıblar: “Tərəflər qarşıda duran birgə layihələr və tədbirlər, xüsusilə də gələn il Aşqabadda Türkmənistanın UNESCO-ya üzv olmasının 30 illiyinə həsr olunmuş beynəlxalq forumun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”.