Press "Enter" to skip to content

Londonda qastroturizm imkanları nümayiş etdirilib

Azərbaycan milli stendi

BAYRAQDAR MEDİADövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında təbliğ edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya agentlikdn məlumat verilib. Bildirilib ki, 15-16 iyul 2023-cü il tarixlərində keçirilən tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim edilib: “Festivalın ziyarətçiləri plov, qutab, kükü kimi milli kulinariya nümunələrini, o cümlədən Azərbaycan şərablarını dadmaq imkanı əldə ediblər. Tədbir çərçivəsində “Çay mərasimi”, “Düyü və zəfəran” masterklasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilib. Milli stendimizi Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ziyarət edib”.

Mission News Theme by Compete Themes.