BAYRAQDAR MEDİA – KKTC parlamentinin sədri Zorlu Töre Beynəlxalq Final Universitetinin buraxılış mərasimində iştirak edib.
Bu barədə Kibris Postası məlumat yayıb.
Bildirilib ki, Girne Acapulco Otelində keçirilən mərasimdə çıxış edən Z.Töre, tələbələrin məzun olduqdan sonra gedəcəkləri ölkələrdə çox faydalı fərdlər kimi çalışacaqlarına inandığını bildirib.
Bu gün ölkədə bir çox universitetin olduğunu bildirən Z.Töre, Kıbrıs türklərinin 30 min yataq tutumu ilə turizm, sənaye obyektləri və bir çox başqa sərmayələri ilə gələcəyə doğru addımladığını söyləyib.