Press "Enter" to skip to content

Ərşad Salihidən Bağdada və beynəlxalq birliyə çağırış

Ərşad Salihi

BAYRAQDAR MEDİA – İraq Parlamenti Türkmənlər Qrupunun sədri Ərşad Salihi Bağdad rəhbərliyinə çağırış edərək, Kərkük məsələsini siyasi vasitəyə çevirməmələrini istəyib.

Türkmeneli TV xəbər verir ki, Ə.Salihi Kərkükdəki ən böyük ordu qərargahı olan Kərkük Birgə Əməliyyat Komandanlığının Kürdüstan Demokratik Partiyasına (KDP) təhvil verilməsi ilə bağlı verdiyi açıqlamada Bağdaddakı siyasi qruplara xəbərdarlıq edib.

Bağdad və Ərbil arasında siyasi böhranın dərinləşəcəyi təqdirdə Kərkük xalqının hesabı ödəyəcəyindən narahat olduqlarını vurğulayan Ə.Salihi, “Kərkükdə həlli mümkün görünməyən problemin həlli üçün beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıram” deyib.

Mission News Theme by Compete Themes.