Press "Enter" to skip to content

“Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir

Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət

BAYRAQDAR MEDİA – Sentyabrın 3-də Mədəniyyət Nazirliyi Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil edəcək.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendinin, gündəlik həyatda istifadə olunmuş məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketlərinin nümayişi, yekunda isə qala konsertin keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, tədbir saat 18:00-da başlayacaq.

Mission News Theme by Compete Themes.