Press "Enter" to skip to content

Opera və Balet Teatrı 115-ci mövsümün açılışına hazırlaşır

Sözügedən müzakirə

BAYRAQDAR MEDİA – Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov yeni mövsümünün açılışı ilə əlaqədar kollektivlə iclas keçirib.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “Y.Eyvazov ilk olaraq balet truppasına teatra yeni təyin olunmuş baş baletmeysteri Ruslan Pronini təqdim edib. Bildirək ki, Ruslan Mixayloviç Pronin Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, məşhur xoreoqraf Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını bütün dünyada həyata keçirir. Həmin quruluşlardan biri Xalq artisti, bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin sentyabrın 18 və 19-da Heydər Əliyev Sarayında olacaq premyerasıdır. Daha sonra Y.Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, maraqlı layihələr, premyeralar haqqında geniş məlumat verib. Bildirib ki, hazırda xarici teatrlarla müqavilələr bağlanır. O, əlavə edib ki, sas məsələlərdən biri də teatrın qastrol səfərlərinin təşkil edilməsidir. Y.Eyvazov milli mədəniyyəti ölkə hüdudlarından kənarda təmsil etmək balet truppasının artistləri və solistlər üçün böyük bir stimul olduğunu deyib. Həmçinin o, teatrda uzun illər ərzində səmərəli fəaliyyət göstərən, yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşlara Fəxri adlar təqdim olunması məsələsinə də çox ciddi yanaşılacağını diqqətə çatdırıb.

Sonra Xalq artisti qeyd edib ki, milli və unudulmuş Azərbaycan operalarının bərpası da qarşıda dayanan məsələlərdən biridir: “Biz həmin operaları dünyanın ən tanınmış səhnələrində nümayiş etdirməliyik. Məsələn, biz İtaliyanın Arena di Verona Teatrında milli opera sənətimizn incisi olan “Koroğlu” operasını göstərə bilərik. Eyni zamanda qeyd etməliyik ki, teatrın təmirə bağlanması kollektivimizin iş fəaliyyətinə təsir etməyib. Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində, HƏS-də, Opera Studiyasında həm balet, həm də opera tamaşalarımızı nümayiş etdirmək üçün şərait yaradılıb”.

Y.Eyvazov yeni mövsümdə bütün yaradıcı və texniki heyətə yaradıcılıq uğurları arzulayıb.

Mission News Theme by Compete Themes.