Press "Enter" to skip to content

Ehtiyacı olan ailələr üçün sosial xidmət fondu

BAYRAQDAR MEDİA – Özbəkistan 2023-cü il oktyabrın 1-dən bütün ölkə ərazisində çətin vəziyyətdə olan və ya ehtiyacı olan ailələr üçün sosial xidmət fondu açacaq.

Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.

Məlumata əsasən, bu, Özbəkistan hökumətinin 2023-cü il sentyabrın 11-də elan etdiyi “Özbəkistan 2030 Strategiyası” adlı proqrama daxil edilib: “Proqram Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindn də təsdiqlənib. 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək poroqrama əsasən ehtiyacı olan ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına, dərman preparatlarının təminatına, uşaqların məktəbəqədər təhsil müəssisələrinə yerləşdirilməsinə və s. üçün maddi yardım göstəriləcək.

Bundan başqan proqrama əsasən, 2024-cü il yanvarın 1-dən dövlət məktəbəqədər təhsil müəssisələrinin şagirdlərinə zülal, vitamin və minerallarla zənginləşdirilmiş süd, o cümlədən yodla doymuş çörək məhsulları ayrılacaq.

Özbəkistanın bütün regionlarında ibtidai sinif şagirdlərinə maarifləndirici planşetlər veriləcək.

Mission News Theme by Compete Themes.