BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Macarıstan Prezidenti Katalin Novak ilə birlikdə “Davamlı İnkişaf Məqsədlərinə doğru irəliləyişi sürətləndirmək üçün əsas keçidlər üzrə fəaliyyətin genişləndirilməsi” liderlər dialoqunun birinci sessiyasına həmsədrlik edib.
Bu barədə xəbəri Kazinform yayıb.
Məlumata əsasən, Qazaxıstan Prezidenti çıxışında qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının 2030-cu il gündəliyi firavan gələcək qurmaq üçün indiki nəslə verilən yeganə şansdır: “Geosiyasi qarışıqlıqla müşayiət olunan hazırkı qlobal çağırışlar bizim kollektiv səylərimizə xələl gətirir. Bu maneələri tək bir dövlətin səyi ilə dəf etmək olmaz. Yalnız dünya ölkələrinin birliyi ilə biz nəzərəçarpacaq nəticələr əldə edə biləcəyik”.
Qasım-Jomart Tokayev vurğulayıb ki, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq Qazaxıstan üçün milli prioritetdir.