BAYRAQDAR MEDİA – Qarabağda tərksilah edilməkdə olan qanunsuz Ermənistan silahlı qüvvələrinə məxsus silah-sursatın təhvil alınması və mövqelərə Azərbaycanın nəzarətinin bərpa edilməsi prosesi davam edir.
Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya daxil olan növbəti xəbərdə Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntülərinə yer verilib.