BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Mərkəzi Dərs Evi Təhsil Mərkəzi ilə birgə EduCare: “Creative Parenting (Yaradıcı valideynlik)” mövzusunda tədbir keçirəcək.
Bu haqda YARAT-ın yaydığı xəbərdə qeyd olunur.
Xəbərdə bildirilir ki, “oktyabrın 14-ü saat 12:00-da olacaq tədbirin qonaqları Əməkdar rəssam Sabina Şıxlınskaya və qlobal layihələrin idarəsində professional Elçin Qədimovdur. Bu görüşdə ümumi peşə seçimi və incəsənət yönümlü ixtisasların müasir dövrdə aktuallığı və önəmi haqqında müzakirə aparılacaq. Peşə seçimi individual və həssas prosses olduğundan mütəxəssislər bu dövr ərzində xüsusi diqqət tələb edən nüanslar, eləcə də bu prossesdə valideynlərin təsir rolundan danışacaqlar”.
Tədbirin moderatoru Mələk Bayramlıdır.