BAYRAQDAR MEDİA – Qazaxıstanın Aktobe vilayətində “Tarı Fest” etnik festivalı keçirilib.
El.kz xəbər agentliyinin məlumatına görə, etnofestival Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasında bu il elan edilmiş Böyük İpək Yolunun on ən böyük ticarət yarmarkalarından biri olan tarixi Kökjar yarmarkası, həmçinin “Beynəlxalq Darı İli” çərçivəsində təşkil olunur.
Tədbirin açılışında çıxış edən rayon rəhbəri Asxat Şaxarov etnofestivalın Uilski rayonunda keçirilməsinin rəmzi olduğunu qeyd edib.
Festival çərçivəsində müxtəlif peşə sahiblərinin 300-ə yaxın nümayəndəsi qabların hazırlanması, emal olunmuş darıdan istifadə etməklə qənnadı məmulatlarının hazırlanması və digər müsabiqələrdə iştirak edib. Vilayətin 11 rayonundan, Doğu Qazaxıstan vilayətinin Karatobinski rayonundan, Atırau vilayətinin Qızılkoginski rayonundan olan iştirakçılar öz məharətləri ilə tamaşaçıları heyrətləndirə biliblər.
Münsiflər heyətinin qərarı ilə müsabiqədə 1-ci yerə Uilski rayonu, 2-ci yerə Alginski və Muqaljarski rayonları, 3-cü yerə Doğu Qazaxıstan vilayətinin Karatobinski rayonu, Karqalinski və Kobdinski rayonları layiq görülüb. 8 rayona 200 min tenge məbləğində həvəsləndirici mükafat verilib.









