KKTC Cümhurbaşqanı Ersin Tatar: Azərbaycana turizm, təhsil və iqtisadi əlaqələri inkişaf etdirmək üçün gedirik
BAYRAQDAR MEDİA – Bu gün, oktyabırn 12-də türk dünyasının tarixində mühüm yer tutacaq bir hadisə yaşanır. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Azərbaycana səfər edir. Xanımı Sibel Tatarla birlikdə Azərbaycanda keçiriləcək Kıbrıs Türklərinin Tanıtım tədbirində iştirak etmək üçün Ercan Hava Limanına gələn E.Tatar burada geniş mətbuat konfransı keçirib.
KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, mətbuat konfransında E.Tatar “Biz Azərbaycana turizm, təhsil və iqtisadi əlaqələri inkişaf etdirmək üçün gedirik” deyib.

O, 200 nəfərlik heyətlə Azərbaycana uğurlu səfərin olacağını bəyan edib. E.Tatar bildirib ki, onun Azərbaycana səfəri siyasi, diplomatik, mədəni, sosial və iqtisadi əlaqələrin inkişafı baxımından son dərəcə əhəmiyyətlidir.
Məlumata əsasən, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erddoğanın Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında KKTC-nin tanınması və əlaqələrin inkişaf etdirilməsi üçün çağırış etdiyini bildirən E.Tatar, turizm, təhsil və iqtisadi əlaqələri inkişaf etdirmək üçün Azərbaycanda olacaqlarını vurğulayıb.
KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusda qəbul olunduqdan sonra müxtəlif tədbirlərdə iştirak etməyə başladığına diqqət çəkən E.Tatar TDT daxili işlər nazirlərinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevin KKTC bayrağının Azərbaycanda dalğalanacağını açıqladıını xatırladıb.

Azərbaycana səfərlərinin bir ilk olduğunu və bunun bütün növ əlaqələrin inkişafı və dərinləşməsi üçün vacib olduğunu vurğulayan E.Tatar səfərlərinin faydalı olmasını arzulayıb.