Press "Enter" to skip to content

Türkiyə səfirliyi Mağusada bina icarəyə götürüb

İmzalanma mərasimindən xatirə fotosu

BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətindən KKTC-yə ali təhsil üçün gələn tələbələrin yataqxana ehtiyaclarının qarşılanması istiqamətində addım atıb.

Kibris Postası xəbər verir ki, Türkiyənin Lefkoşadakı səfirliyi ilə “Kamtek” şirkəti arasında bununla bağlı protokol imzalanıb: “Protokola əsasən, Doğu Akdeniz Universitetinin nəzdində yerləşən bina 802 tələbə üçün yataqxana olacaq. Məqsəd noyabrın ortalarında tələbələri binaya yerləşdirməkdir”.

Türkiyənin Lefkoşa səfiri Metin Feyzioğlu, mövzu ilə bağlı verdiyi açıqlamada, gənclərin yataqxana ehtiyaclarını qarşılamaq üçün həm Kıbrıs Vəqflər İdarəsi, həm də hökumət tərəfindən ayrılan torpaqlarda Türkiyənın qaynaqları ilə binalar inşa edəcəklərini bildirib. O, problemi tez bir zamanda həll etmək üçün mövcud binaları icarəyə götürəcəklərini söyləyib.

Mission News Theme by Compete Themes.