Press "Enter" to skip to content

Qazaxıstan XİN-dən təkzib

Qazaxıstanın Xarici İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – Qazaxıstanın Xarici İşlər Nazirliyi İsraildə itkin düşən Qazaxıstan vətəndaşı ilə bağlı məlumatı təkzib edib.

Bu barədə Kazinform agentliyi xəbər verib.

Bundan əvvəl internetdə İsrail hakimiyyətinin HƏMAS-a qarşı hərbi münaqişə zamanı neçə nəfərin və hansı ölkələrdən itkin düşdüyünü göstərən cədvəl dərc edilmişdi. Bu siyahıda itkin düşmüş bir Qazaxıstan vətəndaşı da var.

Nazirliyin nümayəndəsi Aibek Smadyarov qeyd edib ki, bu yanlış məlumat olub. O vurğulayıb ki, İsrail hakimiyyəti hesabatdakı anlaşılmazlığa görə artıq üzr istəyib.

Mission News Theme by Compete Themes.