Press "Enter" to skip to content

Nazrin Atatüzün: KKTC-də inşaat sektoruna yatırım etmək çox sərfəlidir

Nazrin Atatüzün

BAYRAQDAR MEDİA – “Biz Kuzey Kıbrısda fəaliyyət göstərən “Northem LAND” inşaat firmasını təmsil edirik. Bizim qurum 20 ildir ki, fəaliyyət göstərir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Northem LAND”ın satış təmsilçisi Nazrin Atatüzün deyib.

Məlumat üçün bildirək ki, əslən Azərbaycan vətəndaşı olan Nazrin Atatüzün 13 ildir Kuzey Kıbrısda yaşayır və işləyir.

Onun sözlərinə görə, Bakıda qardaş ölkə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin “Kültür və tanıtım günləri” çərçivəsində keçirilən sərgidə təmsil olunan “Northem LAND” yüksək mərtəbəli və alçaq mərtəbəli yaşayış binaları, o cümlədən villaların tikintisi ilə məşuldur.

Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, KKTC-də inşaat sektoruna, ev və villa almaqla yatırım etmək çox sərfəlidir: “Çünki bu sahəyə edilən yatırım tez bir zamanda əlavə gəlir gətirir. Özü də böyük miqdarda. Bundan başqa ev almağn digər bir üstünlüyü də var. Əgər sən həmin ev tikilənə kimi pulu tam ödəyə biləcəksənsə, o zaman kredit sənə faizsiz başa gəlir”.

Mission News Theme by Compete Themes.