BAYRAQDAR MEDİA – Yaxın günlərdə Nazirlər Kabinetinin “Qırğızıstan Respublikasının damazlıq zavod və təsərrüfatlarının siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə damazlıq təsərrüfat statusu almış 141 təsərrüfat fəaliyyətinin monitorinqi aparılacaq.
Veçernıy Bişkek xəbər verri ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Kənd Təsərrüfatı Nazirliyi damazlıq təsərrüfat statusu almaq istəyən fermerlərin nəzərinə çatdırır ki, onların rayon kənd təsərrüfatının inkişafı şöbələrinə ərizə ilə müraciət etmək, lazımi sənədləri hazırlamaq və damazlıq təsərrüfat statusu almaq imkanı var.