Son yeniləmə: 30 Oktyabr 2023
BAYRAQDAR MEDİA – “Yaxın Doğudan, bu coğrafiyada mühüm elm mərkəzlərindən biri olan Yakın Doğu Universitetindən sizlərə salam gətirmişəm. Bir Kıbrıs türkü olaraq Bakıda olmaq, bu tarixi anlarda burada universitetimizi təmsil etmək çox qürurvericidir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında KKTC-də fəaliyyət göstərən Yakın Doğu Universitetinin tanıtım müdiri Mahmut Çelik deyib.
O, qeyd edib ki, Yakın Doğu Universiteti Kıbrısın ən böyük universitetidir: “Bizim univerisiteti digər ali təhsil ocaqlarından fərqləndirən cəhət odur ki, biz ana qucağında iş sahəsinə qədəm qoyana qədər təhsil və tərbiyə verən təhsil müəssisəsiyik. Yəni tərkibimzdə uşaq baxçaları, orta məktəblər də var. Bundan başqa 500 çarpayılıq bir xəstəxanamız var. Tibb sahəsində müxtəlif ixtasaslar üzrə keyfiyyətli təhsil veririk”.
Müsahibimizin sözlərinə görə, universitet özəl şirkətlərlə də gözəl əməkdaşlıq qurub: “Məhz bu əməkdaşlıq nəticəsində universitetimizin tələbələri oxuya-oxuya işləyə də bilirlər. Belə bir imkanlara malik univeristetimizi burada təbliğ üçün gəldik”.
Mahmut Çelik, “Ümumilikdə bizim universitetdə 143 ölkədən gənclər təhsil alırlar. Onlar içərisində azərbaycanlılar da var. Hazırda minə yaxın azərbaycanlı tələbəmiz var. Amma pandemiyadan öncə altı min azərbaycanlı tələbəmiz vardı. İnşallah əminik ki, tezliklə yenidən azərbaycanlı tələbələrin sayı artacaq. Azərbaycandakı universitetlərlə də əməkdaşlığıa hazırıq” deyə əlavə edib.