BAYRAQDAR MEDİA – Oktyabrın 21-də saat 16:00-da ARTIM Layihə Məkanında tyutor Fidan Nazimqızının “Metamorfoz” ustad dərsi olacaq.
Bu haqda sözügedən Məkanın yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd edilir ki, “dərs zamanı iştirakçılar unikal fotoçap texnikası – sianotipiya ilə yaxından tanış olacaq, fotoplyonka, herbari və digər əşyalardan öz kompozisiyalarını hazırlayaraq, onları kağız üzərində çap etməyə çalışacaqlar. Daha sonra absurdizm haqqında düşünərək, əsərlərini istədikləri ifadələr, dialoqlardan parçalar və ya hər hansı fikirlərlə tamamlayacaqlar”.