Press "Enter" to skip to content

“Turan yolu” Kuzey Kıbrıs Türk Cümhuriyyətində

"Turan yolu" Ersin Tatara təqdim edilərkən

BAYRAQDAR MEDİA – Ötən həftənin əlamətdar, yaddaqalan hadisələrindən biri də qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın böyük heyətlə Azərbaycana etdiyi səfər idi. Səfər zamanı E.Tatarın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, KKTC-nin tanıtım və mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlər bütün türk dünyasının diqqət mərkəzində olub.

Bu sözlər BAYRAQDAR MEDİA-ya Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyindən daxil olan xəbərdəndir.

Xəbərdə bildirilir ki, “KKTC Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganerin dəvəti ilə TSNQTYİB-nin təmsilçiləri də bu tədbirlərə qatılıb. Tədbirlər çərçivəsində keçirilən görüşlərdən birində “Turan yolu” adlı əsər KKTC Cümhurbaşqanı E.Tatara təqdim edilib. İB-nin sədri Lalə Sərdarlı qardaş ölkə başçısına və nümayəndə heyətinə Azərbaycanın da dekorativ tətbiqi sənət nümunələrindən biri olan mücrünün üzərindəki naxışların, simvolların, dəmğələrin düzülüşünün məzmun və mahiyyətindən, burdakı obrazlar vasitəsi ilə insanlığa ötürülən mesajlardan, kodlardan danışıb. Əsər haqda verilən bilgilərə diqqətlə yanaşan E.Tatar “Turan yolu”nun müəllifləri olan Sərdarlılar ailəsinə hədiyyəyə görə təşəkkür edib. O, ölkələr arasında həm də mövcud mədəni əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyindən danışıb”.

Turan yolu
Turan yolu

Həmin tədbir çərçivəsində TSNQTYİB-nin təmsilçiləri qardaş ölkənin nümayəndə heyətinin üzvləri ilə də görüşlər keçirib. KKTC Başbakan Yardımçılığı Turizm, Kültür, Gənclik və Çevrə Bakanlığının Kültür Dairəsi müdiri Şirin Zaferyıldızı ilə aparılan fikir mübadiləsi zamanı yaxın gələcəkdə xalqların zəngin ortaq mədəni irsinin öyrənilməsi, təbliği və yeni əsərlərin yaradılması ilə bağlı birgə layihələrin həyata keçirilməsinin mümkünlüyündən danışılıb.

Mission News Theme by Compete Themes.