Press "Enter" to skip to content

İŞAD Azərbaycanda da geniş fəaliyyət göstərir

İlhami Bilge (solda)

İlhami Bilgen: Ümid edirik ki, KKTC Cümhurbaşqanı sayın Ersin Tatarın Azərbaycana səfərindən sonra iki qardaş ölkənin iş adamları, şirkətləri arasında əməkdaşlıq daha da genişləncək

BAYRAQDAR MEDİA – “Biz Bakıda Kıbrıs Türk İş İnsanları Derneğini (İŞAD) təmsil edirik. İŞAD 35 illik bir dərnəkdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında İŞAD Azərbaycan təmsilcisi İlhami Bilgen deyib.

O, qeyd edib ki, ümumiyyətlə, Kıbrıs Türk İş İnsanları Derneği Azərbaycan da daxil bütün türk dünyasının KKTC-yə sərmayə qoyması üçün çalışır: “Bu məqsədlə nümayəndəliklər açmaqla və ölkədəki iqtisadi imkanları dünyaya tanıtmaq üçün səylərini davam etdirir. İŞAD Azərbaycanda da geniş fəaliyyət göstərir. Xüsusilə daşınmaz əmlak bazarında uğurlu fəaliyyətimizlə seçilirik. Ümid edirik ki, KKTC Cümhurbaşqanı sayın Ersin Tatarın Azərbaycana səfərindən sonra iki qardaş ölkənin iş adamları, şirkətləri arasında əməkdaşlıq daha da genişləncək. Mən də həm İŞAD Azərbaycan təmsilcisi, həm də Azərbaycanda fəaliyyət göstərən Kıbrıs türkü bir iş adamı olaraq bu sahədə üzərimə düşən vəzifəni uğurla yerinə yetirmək üçün var gücümlə çalışıram. Ümid edirəm ki, tezliklə KKTC və Azərbaycan iş dünyasının birgə layihələrinin həyata keçirilməsinin şahidi olacayıq”.

Fəaliyyətlərini “Üç dövlət tək millət” prisnipi üzərində qurduqlarını deyən İlhami Bilgen KKTC-nin hər zaman Azərbaycana yaxın olduğunu, Azərbaycanla əməkdaşlığın bütün sahələrdə qurulub, inkişaf etdirilməsində maraqlı olduğunu bildirib: “Çünki biz qardaşıq. Hər zaman birlikdəyik, sizinlə birgə sevincinizə sevinirik, kədərinizə kədərlənirik”.

Mission News Theme by Compete Themes.