Press "Enter" to skip to content

Mənim ölkəm – mənim bayrağım

Respublika Günü ilə əlaqədar paytaxt binalarında mindən çox dövllət bayrağı asılıb

Qazaxıstanda Respublika Gününə özəl hazırlıq

BAYRAQDAR MEDİA – Oktyabrın 25-i qardaş Qazaxıstanda Respublika Günü kimi qeyd olunur. Xatırladaq ki, Qazaxıstanda 13 ildən sonra ilk dəfə 2022-ci ildə Respublika Günü milli bayram kimi qeyd olunub.

Ötən il Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin iştirakı ilə “Akorda” iqaməti qarşısında Respublika Günü münasibətilə dövlət bayrağı qaldırılıb. Bayramla əlaqədar Qazaxıstanda üç gün – oktyabrın 23, 24 və 25-i qeyri iş günləri elan edilib.

Məlumat üçün bildirək ki, 1990-cı il oktyabrın 25-də Qazaxıstanda dövlət suverenliyi haqqında bəyannamə qəbul olunub. Həmin tarixdən qeyd edilən Respublika Günü 2009-cu ildə dövlət bayramları siyahısından çıxarılıb.

2022-ci ilin sentyabr ayının sonlarında Prezident Qasım-Jomart Toqayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələrin edilməsi haqqında” qanun layihəsini imzalayıb. Qanunda dekabrın 1-də qeyd olunan “İlk Prezident Gününün” dövlət bayramları siyahısından çıxarılması və oktyabrın 25-də “Respublika Günü”nün milli bayram kimi qeyd edilməsi barədə dəyişiklik də yer alıb.

Beləliklə, qardaş Qazaxıstan ötən il olduğu kimi, bu il də Respublika Gününə xüsusi hazırlaşır. Kazinform xəbər verir ki, Respublika Günü ilə əlaqədar paytaxt binalarında mindən çox dövlət bayrağı asılıb.

Məlumata əsasən, Astana sakinləri Respublika Günü ərəfəsində “Mənim elim – Mənim tuym!” (“Mənim ölkəm – mənim bayrağım”) adlı kütləvi çağırışa dəstək veriblər. Astananın bütün rayonlarında evlərin pəncərələri və eyvanları bayraqlarla bəzədilib.

Mission News Theme by Compete Themes.