Press "Enter" to skip to content

Qardaş ölkənin müdafiə naziri Prezidentin qəbulunda

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev oktyabrın 24-də qardaş Türkiyənin milli müdafiə naziri Yaşar Güleri qəbul edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

“Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Bu baxımdan ölkəmizin müxtəlif yerlərində “Mustafa Kemal Atatürk – 2023” Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş etdirilməsindən məmnunluq ifadə olundu”, – deyə xəbərdə bildirilir.

Nazir Y.Güler təlimlərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

O da bildirilir ki, söhbət zamanı Azərbaycan və Türkiyən dövlət başçılarının mütəmadi görüş və təmaslarının münasibətlərin inkişafında rolu qeyd olunub, bu ilin sentyabrında Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Naxçıvana səfərinin əhəmiyyətinə toxunulub.

“Görüşdə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu xüsusi qeyd edildi.

Söhbət zamanı Yaşar Gülerin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.” Bu sözlər də xəbərdə yer alır.

Mission News Theme by Compete Themes.