BAYRAQDAR MEDİA – “Mustafa Kemal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü” davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “”Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunması barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub. Sonra general-polkovnik Z.Həsənov medalları qonaqlara təqdim edib”.