Press "Enter" to skip to content

Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü olmayacaq

Avropa Birliyi

BAYRAQDAR MEDİA – Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonu üçün nəzərdə tutulan görüşü baş tutmayacaq. Bu haqda açıqlamanı Avropa Birliyinin Güney Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar verib.

Ermənistanda keçirilən bir tədbirə onlayn qatılan nümayəndə bildirib ki, vaxt çatışmazlığı üzündən AB Şurasının Prezidenti Şarl Mişelin təşkil edəcəyi üçtərəfli görüş keçirilməyəcək.

Məsələyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da münasibət bildirib. Ermənistan mediasının xəbərinə görə, o, Kanadalı həmkarı ilə birlikdə İrəvanda keçirilən tədbirdə jurnalistin sualına cavab olaraq deyib ki, Ermənistan belə bir görüşə istənilən vaxt hazırdır. Nazir qeyd edib ki, o baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin bu görüşə vaxt ayıra bilməməsini düşünmək olar.

Mission News Theme by Compete Themes.