Press "Enter" to skip to content

Bu dəfə iclas Azərbaycanın sədrliyi ilə keçirilib

İclas zamanı

BAYRAQDAR MEDİA – Oktyabrın 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm üzrə işçi qrupunun video-konfrans formatında iclası keçirilib. İclasda Dövlət Turizm Agentliyinin nümayəndələri də iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “Azərbaycanın sədrliyi ilə təşkil edilmiş iclasda açılış nitqləri QDİƏT-in baş katibinin müavini Dimitrios Rallis və Dövlət Turizm Agentliyinin Aparatının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov tərəfindən səsləndirilib. İclasda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin təşkilata sədrlik edəcəyi 2023-2024-cü illər üzrə Tədbirlər Planı müzakirəyə çıxarılıb. Həmçinin iştirakçı üzv dövlətlərin turizm sahəsi üzrə maraqlarına dair müvafiq məsələlərə və birgə həyata keçirilə biləcək layihələrə dair fikri mübadiləsi aparılıb, iclasın yekunların dair hesabat sənədi təsdiq edilib. İşçi qrupunun növbəti iclasının cari ilin dekabr ayında keçirilməsi qərara alınıb”.

İclasda təşkilata üzv dövlətlərdən Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Yunanıstan, Rumıniya, Rusiya, Serbiya, Moldova və Ukrayna kimi ölkələr təmsil olunublar.

Mission News Theme by Compete Themes.