BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə bır sıra şəhər və kəndlərə qar yağdığı barədə məlumat vermişdik.
Bu sırada Denizlinin Buldan ilcesi də ağ örpəyə bürünüb.
Məlumatı denizli24haber.com saytı yayıb.
Məlumatda deyilir ki, Buldanın Süleymanlı məhəlləsi ilə yanaşı Yayla, Kaşıkçı, Kovanoluk, Aktaş və Türlübey məhəllələri ilə qara təslim olub.
Lakin bu yerli insanları çox sevindirib: “Çünki əhali bu qar yağışının quraqlıq probleminin aradan qalxmasına yardım edəcəyini düşünür. Məlumatda deyilir ki, bu yayda Yayla gölü, Həsənbəylər, Dımbazlar və Aktaş gölməçələrində və Dərbənd bəndində suyun azalması vətəndaşların quraqlıqdan narahatlığına səbəb olub. Yay mövsümündə quyularda su çəkilmələri müşahidə olunmağa başlayıb”.