Press "Enter" to skip to content

“Xəyanətə yox”un izdihamlı təqdimatı

“Xəyanətə yox” filminin qala gecəsi keçirilib

Son yeniləmə: 28 Dekabr 2023 14:54

BAYRAQDAR MEDİA – Romantik komediya janrında çəkilən “Xəyanətə yox” filminin qala gecəsi keçirilib.

Bu barədə BAYARQDAR MEDİA-ya Park Cinema kinoteatrlar şəbəkəsindən məlumat verilib.

Bildirilib ki, “Xalq artistləri Həmidə Ömərova, Sabir Məmmədov, Şamil Süleymanlı, əməkdar artistlər Vaqif Kərimov, Rövşən Kərimduxt, məşhur aparıcı Mətanət Əliverdiyeva, Nicat Rəhimov, Aysel Səlimli, Rəsul Abbasov, Aydan Ağayeva, Şəms Allahverdiyeva, Tərlan Nur Yaşar, Aqil M.Quliyev və başqalarının rol aldığı ekran işinin nümayişinə media nümayəndələri, tanınmış sənət adamları qatılıblar”.

Məlumata görə, komediya janrında çəkilmiş filmdə tamaşaçılara maraqlı, gülməli səhnələrlə yanaşı sosial mesajlar da yerində çatdırılıb: “Filmin sonunda aktyor və heyyəti ayaqüstə alqışlanıb. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb”.

Qeyd edək ki, “Xəyanətə yox” filmini şəhərin bütün kinoteatrlarında izləmək olar. Ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.

Mission News Theme by Compete Themes.