BAYRAQDAR MEDİA – Martın 7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Musiqili Poeziya Gecəsi keçiriləcək.
Konsertlə bağlı Filarmoniyanın mətbuat katibi Camalə Abdinzadə BAYRAQDAR MEDİA-ya məlumat verib: “Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və solistlərin müşaiəti ilə poeziyanın və musiqinin sintezi olacaq bir konsert planlaşdırılıb. Həmçinin konsertdə müxtəlif mövzuda şeirlər olacaq, musiqilər səslənəcək”.
Qeyd edək ki, konsert saat 19:00-da başlayacaq.





