Press "Enter" to skip to content

“Şücaət günü” aksiyası davam edib

Nümayiş zamanı

Son yeniləmə: 19 Fevral 2024 12:26

BAYRAQDAR MEDİA – Qazaxıstan Silahlı Qüvvələrin paytaxtdakı Milli Hərbi-Vətənpərvərlik Mərkəzində “Qartal” bədii filmi nümayiş olunub.

Bu barədə el.kz xəbər verib.

Bildirilib ki, “3 gün əvvəl Almatıda 16 yerli ali təhsil müəssisəsi və hərbi kafedranın dəstəyi ilə “Şücaət günü” aksiyası keçirilib. Astanada “Qartal” filminin tamaşaçıları Qazaxıstan Respublikası Milli Qvardiyasının 6636-cı hərbi hissəsinin çağırışçı əsgərləri və uşaq və yeniyetmələrin “Gənc əsgər” hərbi-vətənpərvərlik hərəkatının üzvləri olub”.

Məlumata əsasən, “Qartal” filminin prodüseri və baş hərbi məsləhətçisi ehtiyatda olan polkovnik Kamal Jaksılıkovdur: “O, bordo beret sahibidir. Almatıda bölük komandiri olub, əsgər olarkən yaralanıb. O, 25 ildir xüsusi təyinatlılarda xidmət edib və bu sahəni beş barmağı kimi bilir. Film real hadisələrə əsaslanır və Milli Qvardiyanın üç xüsusi təyinatlı əsgərinin – Ruslan, Kaysar və Aibinin hekayəsindən bəhs edir”.

Mission News Theme by Compete Themes.