Press "Enter" to skip to content

“21-ci Möcüzə” təqdim olunacaq – VİDEO

"21-ci Möcüzə" filminin Qala gecəsi keçiriləcək

Son yeniləmə: 21 Fevral 2024 14:12

BAYRAQDAR MEDİA – Fevralın 21-də saat 19:00-da Park Cinema Flame Towers filialında “21-ci Möcüzə” filminin Qala gecəsi keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Park Cinema kinoteatrlar şəbəkəsindən məlumat verilib.

Bildirilib ki, filmin mövzusu iki kimsəsiz gəncin həyatını əhatə edir: “Fərid və Ramal Bakı küçələrində böyüyən kimsəsiz gənclərdilər. Ramal Fəridin saflığından istifadə edib, işləməyə məcbur edir ki, guya bu pulu toplayıb anasını tapmağa gedəcəklər. Günlərin birində onlar varlı ailədən olan Ayanı təsadüf nəticəsində xilas edirlər. Ayan dərdini bu gənclərə danışır. Fərid isə bu dərdə çarə tapır. Məsləhət görür ki, Ramal ilə Ayan guya bir-birini sevir və evlənəcəklər. Elə hər şey də bundan sonra başlayır”.

Məlumata görə, filmin ejissoru və ssenari müəllifi Şahin Qəhrəman.

Mission News Theme by Compete Themes.